Məktəblərin bağlanması xəbəri yalandır! - Təhsil Nazirliyi

13:59 02.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə martın 3-dən 9-na qədər məktəblərin, bağçaların fəaliyyətini dayandıracağı barədə məlumat paylaşıb. Bu xəbər ictimaiyyət arasında çaşqınlığa səbəb olub.

Hafta.az-ın məlumatına görə, məsələyə dərhal reaksiya verən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov təhsil ekspertinin xəbərinə aydınlıq gətirib:  

«Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir»