“Mən Azərbaycan Prezidenti İlham Əliyevlə həmfikirəm” – Baruç Leviev

11:10 15.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Fikrimi bilmək istəyirsinizsə, mən Azərbaycan Prezidenti İlham Əliyevlə həmfikirəm”.

Bu sözləri Hafta.az-a müsahibəsində İsraildən olan ictimai xadim, “Yerusəlimin əli” təşkilatının sədri Baruç Leviev dövlət başçısı İlham əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirlərini şərh edərkən deyib.

“Ona görə yox ki, mən Azərbaycanın haqlı mövqeyini müdafiə edirəm, burada hər şey məntiqlidir. Ermənistan başqa siyasi oyunçuların əlində oyuncaqdır. Beləliklə, İrəvanın necə davranması onun tərəfindən düşünülən təxribatdır və yaxşı sonluğa səbəb olmayacaq” deyən cənab Baruç Levievin sözlərinə görə, Ermənistanı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün mərhələli təzyiqlərdən də istifadə oluna bilər. “Ermənistan bu gün olduqca çətin vəziyyətdədir. Hesab edirəm ki, bu mövqeyində israr etməklə çox uzağa getməsi mümkün deyil”, - deyib israilli ictimai xadim.

Siyasət rubrikasından digər xəbərlər