Mərkəzi Bankın valyuta ehtiyatları artıb

11:06 02.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci il martın 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6,368 milyard dollar təşkil edib.

Hafta.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalıb.

Eyni zamanda, 2021-ci il fevralın əvvəli ilə müqayisədə valyuta ehtiyatları 0,04 faiz və ya 2,4 milyon dollar artıb.