Məşhur şirkət vaksin istehsalını dayandırdı

23:59 08.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Johnson & Johnson” şirkəti koronavirus əleyhinə peyvəndin istehsalını dayandırıb.

Hafta.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. 

Nəşrin məlumatına görə, 2021-ci ilin sonunda şirkət vaksinin istehsal olunduğu Niderlandın Leyden şəhərindəki zavodunu bağlayıb. İstehsalın dayandırılması müvəqqətidir: fasilədən sonra zavodda vaksinin istehsalı bərpa olunacaq. Qəzetin yazdığına görə, şirkət mart ayında Leydendə dərman istehsalına yenidən başlamağa hazırlaşır.

Mənbənin məlumatına görə, istehsalda yaranan fasilə səbəbindən vaksinin tədarükü bir neçə milyon doza azala bilər.