Milyonlarla insan nadir bir fenomen görəcək

12:36 11.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bazar ertəsi dekabrın 11-dən dekabrın 12-nə keçən gecə Betelgeuse ulduzu Yer kürəsində milyonlarla insana görünəcək asteroidlə tutulacaq. Bu barədə Phys.org-un press-relizində məlumat verilib.

15 saniyədən çox olmayacaq nadir hadisəni dekabrın 12-də Tacikistan, Ermənistan, Türkiyə, Yunanıstan, İtaliya, İspaniya, ABŞ-ın Florida ştatlarında və Meksikanın bəzi ərazilərində müşahidə etmək olar. Əsas asteroid qurşağında olan Leona asteroidi Betelgeuse ulduzunun qarşısından keçərək tutulmaya səbəb olacaq, lakin alimlər onun tam və ya qismən olacağından əmin deyillər.

Leonanın uzunluğu 80 kilometr, eni isə 55 kilometrdir.