MİQ-dən keçən 14 min 582 müəllim ucqar bölgələrdə çalışır

17:29 07.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Elm və Təhsil Nazirliyi son 5 ildə müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) vasitəsilə pedaqoji fəaliyyətə başlayan müəllimlərin sayını açıqlayıb.

Nazirlikdən bildirilib ki, son 5 il ərzində 26 min 917 nəfər müəllimlərin işə qəbulu müsabiqəsindən keçərək fəaliyyətə başlayıb.

Onlardan 14 min 582 nəfəri ucqar bölgələrdə çalışır.