Yazını böyüt
Yazını kiçilt
Moskvada “Komsomolskaya Pravda”nın baş redaktor müavini Anna Tsarevanın meyiti aşkarlanıb. Bu barədə Baza Telegram kanalı məlumat yayıb.
Aydın olub ki, dekabrın 10-da jurnalist valideynləri ilə telefon danışığında səhhətinin pis olmasından və qızdırmasından şikayətlənib. Ertəsi gün 35 yaşlı Tsareva ünsiyyətini kəsib.
Axşam saatlarında jurnalistin valideynləri qızlarının kirayə qaldığı mənzilin sahibinə müraciət ediblər. Axşam saat səkkiz radələrində qadının atası və ev sahibi qapını açıb Annanın cəsədini çarpayıda tapıblar.
Hazırda polis tərəfindən araşdırma aparılır. Qadının ölümünün şərtlərini öyrənir - mənzildə asayiş pozulmayıb, zorakı ölüm əlamətləri qeydə alınmayıb.