Moskvada Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək

16:40 01.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin iştirakı ilə Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək”.

Bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.

İşçi Qrupun görüşü barədə razılıq noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə əldə olunub.

Görüşdə regional dəmir yolu və avtomobil kommunikasiyalarının açılması, həmçinin, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesi müzakirə olunacaq.

Oxunma sayı 95
Siyasət rubrikasından digər xəbərlər