Yazını böyüt
Yazını kiçilt
Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı 24 fevral 2022-ci ildən bəri həlak olan hərbçilərinin sayı təxminən 368480-ə yüksəlib.
Hafta.az-ın “Ukrinform”a istinadən yazdığına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.
Açıqlamada Ukrayna qüvvələrinin ötən müddətdə 6060 tank, 11254 zirehli döyüş maşını, 8710 artilleriya sistemi, 957 çoxlüləli reaktiv yaylım atəş sistemi və 642 hava hücumundan müdafiə sistemi məhv edildiyi bildirilib.
Ukrayna ordusu həmçinin Rusiyanın 329 təyyarə, 324 helikopter, 6834 pilotsuz uçuş aparatı, 1806 qanadlı raket, 23 döyüş gəmisi, 1 sualtı qayıq, 11612 nəqliyyat vasitəsi və yanacaq çəni, 1337 xüsusi texnikasının məhv edib.