Mustafa Şentop Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib

13:47 19.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bu gün Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Hafta.az-ın məlumatına görə, TBMM sədrini Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov müşayiət edib.

Daha sonra M. Şentop Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib.