NATO Çinə Rusiyaya hərbi dəstəyin nəticələri barədə xəbərdarlıq edib

17:47 05.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pekin Moskvaya silah vermək qərarına gəlsə, Çin ciddi nəticələrlə üzləşəcək. TASS xəbər verir ki, bu xəbərdarlıqla NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.

Stoltenberq NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra keçirilən mətbuat konfransında deyib: “NATO müttəfiqləri Çinin Rusiyaya hərbi yardım göstərməsinin ciddi nəticələri olan tarixi səhv olacağı ilə razılaşırlar”.