NATO-nun yeni sözçüsü livanlı Fərəh Daxlallah kimdir?

10:29 29.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, NATO-nun baş katibi Yens Stoltenberq alyansın yeni sözçüsü vəzifəsinə Livan əsilli Britaniya vətəndaşı Fərəh Daxlallahı təyin edib.

Hafta.az-ın yazdığına görə, xanım Daxlallah vəzifəsinin icrasına sabahdan başlayacaq.

Mövzu ilə bağlı açıqlamasında Stoltenberq "NATO-nun yeni sözçüsü olaraq Fərəh Daxlallahı salamlamaqdan xoşbəxtəm" deyib. Həmçinin vurğulayıb ki, daha təhlükəli dünyada media ilə aydın, vaxtında ünsiyyət və qarşılıqlı əlaqə həmişəkindən daha vacibdir.

Bəs Fərəh Daxallah kimdir?

Daxlallah 2004-cü ildə Beyrutdakı Saint Joseph Universitetində audiovizual sənətlər üzrə universitet dərəcəsi alıb. Sonra təhsilini Londonda başa vurub və 2005-ci ildə London İqtisadiyyat Məktəbində media və kommunikasiyalar üzrə magistr dərəcəsi alıb.

Fərəhin təhsil yolu bununla da bitməyib və o, 2009-cu ildə Kembric Universitetində beynəlxalq münasibətlər üzrə ikinci magistr dərəcəsi alıb.

Daxlallah karyerasının əvvəlində jurnalist kimi çalışıb və “Reuters”də üç ildən çox iş təcrübəsi var.

Daha sonra o, Dəməşqin Qaçqınlar üzrə Ali Komissarlığında Birləşmiş Millətlər Təşkilatının İnformasiya Departamentində çalışıb.

2010-cu ildə Beynəlxalq Əmək Təşkilatının Kommunikasiyalar Departamentinə daxil olub və 4 ilə yaxın işləyib.

2014 və 2016-cı illər arasında Daxlallah Böyük Britaniyada Xarici İşlər və Birlik Nazirliyinin ərəb sözçüsü vəzifəsində çalışıb.

2016-2017-ci illər arasında o, Media və Kommunikasiyalar Departamentində BMT təşkilatlarında peşəkar təcrübəsini şaxələndirib.

2017-2021-ci illər arasında o, Ümumdünya Səhiyyə Təşkilatında Kommunikasiyalar Direktoru vəzifəsində çalışıb.

2022 və 2023-cü illərdə Daxlallah AstraZeneca-da Yaxın Şərq və Afrika Media Əlaqələri Direktoru vəzifəsində işləyib.

Oxunma sayı 173