Yazını böyüt
Yazını kiçilt
Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirib ki, NATO “Ukrayna üçün məqbul sülh sazişi” əldə etmək istəyir və buna görə də Kiyevə hərbi yardımın artırılmasını zəruri hesab edir.
“İstənilən münaqişə gec-tez danışıqlar masası arxasında başa çatır, lakin biz Ukrayna üçün məqbul olan sülh yolu ilə həllini istəyirik və bunu döyüş meydanındakı uğur müəyyən edir”, - Stoltenberq bildirib.
Alyans rəhbərinin sözlərinə görə, NATO ölkələri Rusiyanın Ukrayna ərazisinə endirdiyi zərbələrin nəticələrini nəzərə alaraq, ona silah, hava hücumundan müdafiə sistemləri və yanacaq tədarükünü genişləndirməlidir.