Naxçıvanda üç vəzifəli şəxs işdən çıxarıldı

17:34 02.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şərur Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən azad olunub.

APA xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Samıq Sadıxov əmr imzalayıb.

Əmrə əsasən, xəstəxananın baş həkimi Adəm İmanov işdən çıxarılıb.

Eyni zamanda, baş həkimin müavinləri Kəmalə Bağırova və İsrafil Cəfərovun da işinə xitam verilib.