Rusiyada milli valyuta rekord dərəcədə ucuzlaşandan sonra hökumət seçkilərə qədər rublu gücləndirmək üçün qollarını çırmalayıb.
Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, İqtisadi İnkişaf Nazirliyi prezident Putinə təqdim etdiyi hesabatda rublun qarşıdakı üç rübdə təxminən 10 faiz dəyər qazanmasının hədəfləndiyini qeyd edib.
Bildirilib ki, bu gün 96,5 rubl civarında olan dolların məzənnəsi dekabrda 94,3 rubla qədər ucuzlaşacaq və rublun məzənnəsində ən nəzərəçarpacaq artımın gələn ilin yazında, prezident seçkilərinin keçiriləcəyi vaxt olacağı gözlənilir.
2024-cü ilin iyununda dolların məzənnəsinin 87,5 rubla, avronun isə 100 rublun altına düşməsi hədəflənib. Rusiyada 2023-cü ilin əvvəlinə Moskva birjasında dollar rubla nisbətdə 32 faiz, avro isə 37 faiz dəyər qazanıb.
Rusiyada prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi planlaşdırılır.