Neft Fondu apreldəki valyuta hərraclarında 509,9 milyon dollar satıb 

11:53 03.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən aprel ayı ərzində valyuta hərraclarında 509,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə hafta.az-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Xatırladaq ki, Neft Fondu mart ayındakı valyuta hərraclarında 397,7 milyon dollar satmışdı.

ARDNF tərəfindən keçən il ərzində isə valyuta hərraclarında 7 milyard 303,64 milyon dollar vəsait satılıb.