Yazını böyüt
Yazını kiçilt
Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə oktyabrın 13-nə keçən gecə D.Əliyeva küçəsindəki evlərin birinin girişindən 1500 manat dəyərində iki ədəd velosipedin oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nazim Nurəliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.