Netanyahu səfirliyə Qantsın ABŞ-a səfərini boykot etməyi tapşırıb

09:15 04.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtondakı səfirliyinə Müharibə Şurasının üzvü, Milli Ralli Partiyasının lideri Benni Qantsın Vaşinqton səfəri ilə maraqlanmamağı tapşırıb.

Hafta.az-ın AWP-yə istinadən yazdığına görə, Netanyahu Qantsın Vaşinqtona getməsi və ABŞ rəsmiləri ilə görüşməsi üçün ondan razılıq almadığını vurğulayıb. Netanyahunun göstərişlərinə uyğun olaraq, İsrailin Vaşinqtondakı səfiri Qantsın ABŞ-dakı görüşlərində iştirak etməyəcək.

Qants keçən cümə günü Netanyahuya Vaşinqtonda bir sıra görüşlərdə iştirak etmək niyyətində olduğunu bildirib. Ancaq Qantsın bu mövzuda icazə istəməməsinə qəzəblənən Netanyahu, ona “İsrailin yalnız bir baş naziri olduğunu” açıq şəkildə ifadə edib.

İsrail Yayım Korporasiyası bildirib ki, Qants bu gün ABŞ-ın vitse-prezidenti Kamala Harris və milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşəcək, həmçinin Respublikaçı və Demokratlar partiyalardan olan Konqres üzvləri ilə bir araya gələcək.

Qantsın çərşənbə günü İsrailə dönəcəyi gözlənilir.

Sözügedən xəbərdə Qantsın səfərinin məqsədinin İsraillə ABŞ arasında strateji müttəfiqliyi gücləndirmək, İsrailin Qəzza zolağında davam edən quru əməliyyatının legitimliyini qorumaq və Livanla təhlükəsizlik razılaşmasını gücləndirmək olduğu bildirilib.

Oxunma sayı 165
Siyasət rubrikasından digər xəbərlər