“Nika Melia rus oliqarx rejiminin mesajını bir-bir təkrarlayır” - Mixeil Saakaşvili

09:29 27.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Vahid Milli Hərəkatın sədri Nika Melia “Gürcü Arzusu”nun yüksək rütbəli məmurları kimi danışır və oliqarx rejiminin mesajını bir-bir təkrarlayır”.

Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazıb.

“Dünən rus oliqarx rejiminin mesajını və təsirini itirmiş sözlərini, təəssüf ki, bir-bir təkrarlayan Nika Melianın “TV Pirveli” telekanalının efirində çıxışına qulaq asdım. Bu arada, bu gün 7 noyabr işi üzrə “FTX” agenti olan Partsxaladze tərəfindən razı salınan və ABŞ Dövlət Departamenti tərəfindən sanksiya tətbiq edilmiş məhkəmə məni Nika Melianın “Gürcü Arzusu”nun yüksək vəzifəli məmurları kimi danışdığı şəxslərlə birlikdə mühakimə edir. Komandama gəlincə, o, ədalətsizliyə razı olmayan, mübarizə aparan və mütləq qalib gələn gürcü xalqıdır!” deyən sabiq prezident bildirib ki, heç kim və heç nə onların arasına girə bilməz, o cümlədən həbsxana barmaqlıqları belə.