Kral V Harald və Kraliça Sonjanın qızı, Norveç şahzadəsi Marta Luiza nişanlısı Durek Verret ilə toy tarixini açıqlayıb. O, bu barədə İnstaqram hesabında məlumat verib.
Özünü şaman və ruhani mentor adlandıran şahzadə ilə bəyin toyu 31 avqust 2024-cü ildə baş tutacaq. Bayramın keçiriləcəyi yer Norveçin Geiranger kəndindəki Union Geiranger Hotel olacaq. Marta Luiza YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Geirangerfjord sahillərində seçdiyi ilə evlənəcək. “Zəngin tarixə və inanılmaz gözəl təbiətə malik bir yerdə ailə və dostlarımızı bir araya toplaya biləcəyimiz üçün xoşbəxtik. Geiranger sevgimizi qeyd etmək üçün mükəmməl yerdir”, - nəşr yazır.
Qeyd olunur ki, şamanla evlilik naminə Marta Luiza kral ailəsinin tamhüquqlu üzvü kimi səlahiyyətlərindən imtina edib. Şahzadə titulunu qoruyacaq, lakin artıq rəsmi tədbirlərdə ailəni təmsil edə bilməyəcək. Marta Luiza valideynləri ilə məsləhətləşdikdən sonra bu qərarı verdiyini bildirib.