ABŞ Federal Təhlükəsizlik Bürosunun(FTB) agentləri Nyu-York meri Erik Adamsın cib telefonlarını müsadirə ediblər.
Hafta.az xəbər verir ki, bu haqda vəziyyətlə tanış olan mənbənin “CNN”-ə çatdırdığı məlumatda bəhs edilir.
Məlumata görə, agentlər bu həftənin əvvəlində məhkəmənin icazəsi ilə merin telefonları və “iPad”-ni götürüblər.
Seçki kampaniyası üçün xaricdən vəsaitin daxil olub-olmaması ilə bağlı araşdırma FTB və ABŞ-ın Nyu-Yorkun Cənub Bölgəsi üzrə prokurorluğu tərəfindən aparılır. Adams hələ heç bir qanun pozuntusunda ittiham olunmayıb. Lakin xarici hökumətlərin və onun şəxsində Türkiyə hökuməti ilə gizli əlaqələri ilə bağlı diqqət mərkəzinə düşən siyasətçilərdən biri olub.
“Keçmiş hüquq-mühafizə orqanının əməkdaşı kimi mən bütün əməkdaşlarımın qanunlara əməl etmələrini və istənilən istintaqla əməkdaşlıq etmələrini gözləyirəm və mən bunu davam etdirəcəyəm”, - deyə mer “CNN”-ə bildirib.“Gizlədəcək heç nəyim yoxdur”.
Adamsın vəkili və mətbuat katibi Boyd Conson “CNN”-ə bildirib ki, mer "FTB-nin tələbini dərhal yerinə yetirib və elektron cihazlarını onlara verib.
“Araşdırma başlayandan sonra məlum olub ki, bir şəxs son vaxtlar özünü düzgün aparmayıb. Şəffaflıq və əməkdaşlıq ruhunda müstəntiqlərə bu davranış barədə dərhal məlumat verilib”, - deyə Conson bildirib.
“Mer heç bir cinayətdə ittiham olunmur və istintaqla əməkdaşlıq edir”,- deyə o, əlavə edib.
Bazar ertəsi mer Nyu-York Universitetinin Kimmel Mərkəzində çıxış edib. Bundan sonra FTB agentləri küçədə ona yaxınlaşıblar. Bunu merə yaxın iki mənbə “CNN”-ə bildirib.
Onların sözlərinə görə, agentlər onun mühafizəçilərindən kənara çəkilmələrini istəyiblər. Daha sonra Adamsın cip avtomobilinə daxil olublar və ona elektron cihazların müsadirə olunması üçün order təqdim ediblər.
Adətən, mer ictimaiyyət çıxışlarını “iPad”-dən oxuyur və iki telefonu olur. Mənbələrin bildirdiyinə görə, hər üç cihaz FTB-yə təqdim edilib.
Noyabrın 2-də FTB onun baş sponsorunun evində axtarış aparıb və bundan sonra Adams hər hansı "düzgün fəaliyyət" edib-etmədiyini müəyyən etmək üçün seşkiqabağı təşviqat lentlərinin nəzərdən keçirilməsini əmr etdiyini bildirib.
Mənbələrin “CNN”-ə verdiyi məlumata görə, yoxlama nəticəsində həm seçki kampaniyasının, həm də bələdiyyənin vəkilləri “bir nəfərin” qanunsuz hərəkət etdiyini sübuta yetiriblər. Mənbələr onun kim olması və seçki kampaniyasında hansı rol oynaması ilə bağlı şərh verməkdən imtina ediblər.