O zaman Vətəndən, torpaqdan danışmağa haqqınız yoxdur – Millət vəkili

11:26 20.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Deyirdilər ki, İlham Əliyev Qarabağı azad etsə, siyasətdən gedərik, adımızı dəyişərik, bir ömür qul olarıq. Yox, siyasətdən getməyin, qul olmayın, adınızı dəyişməyinizi də istəmirik. Amma, vətənə xidmət edin. Apardığınız siyasət bu hakimiyyətə qarşı deyil, artıq Azərbaycana qarşı yönəlib. Bilin ki, bu şəkildə müxalifətçilik etmək hakimiyyəti,  İlham Əliyevi zəif salmır, əksinə gücləndirir. Çünki, səbəbləriniz məntiqsizdir, zəif və çılpaqdır”. 

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev bildirib.

Deputat eyni zamanda həmin qrupların xalqımızın Rusiyaya birmənalı olmayan münasibətini körükləyərək Rusiya ilə aramızı vurub, yenidən münaqişə ocağı yaratmaq istəyini təəssüflə qeyd edib.

“Türkiyə ilə Rusiyanı toqquşdurmaq yolu tutursunuz. Rusiya sülhməramlıları da çıxacaq, amma, ölkəmizin apardığı siyasətin tərkib hissəsi olaraq Azərbaycanı tərk edəcək. Bu məsələdə sözünüzün bir qram çəkisi və önəmi yoxdur.  

Niyə Əli Kərimli və Avropaya səpələnən bir nəfər də bir Qərb ölkəsini tənqid etmir, hansı ki, onlar Qarabağı Ermənistana vermək istəyirdilər. Adlarını fərqli fikir qoyub xaricdən maliyyələşən mətbuat da tənqid etmir o ölkələri. Dollar, avro imkan vermir. Onlar ölkəmizə geniş miqyaslı hücuma keçib, amma gözləri önündə dünyanın ayrı-ayrı yerlərində beynəlxalq qanunlar, qətnamələr ayaqlar altında əzilir, səsləri çıxmır. Çünki, pulunuz oradan gəlir. Belə çıxır ki, siz pul müqabilində hər şeyi satmağa hazırsınız. O zaman vətəndən, torpaqdan danışmağa haqqınız yoxdur”.