Ölkələr üzrə qızıl ixracı

10:38 09.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tariixn bütün etaplarında olduğu kimi, dövrümüzdə də qızıl qlobal miqyasda əsas valyuta vasitəsi olaraq qalır.

Hafta.az-ın “Trading Economics”ə istinadən yazdığına görə, son 10 ildə dünya qızıl bazarında mühüm yer tutan ölkələrin siyahısı açıqlanıb.

Siyahıya əsasən ilk yerdə qərralaşan Rusiya ildə qızıl ixracını 1298 ton artırıb. İkinci yerdə qərarlaşan Çin qızıl ixracını 1181 ton, üçüncü pillədə yer alan qardaş ölkə Türkiyə isə 424 ton artırmağa nail olub.

Siyahıda illik qızıl ixracını 256 ton qızıl artıran Polşa dördüncü, 246 ton artıran Hindistan isə beşincidir.