“KOB-ların yaşıl keçidi üzrə Bakı Birgə Bəyannaməsi” təşəbbüsü irəli sürülüb

14:46 16.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən COP29-un nəticələrindən biri kimi “KOB-ların yaşıl keçidi üzrə Bakı Birgə Bəyannaməsi” təşəbbüsü irəli sürülüb.

Hafta.az xəbər verir ki, bunu İslam İnkişaf Bankının “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026-nın (AZHAB Forum) “Halal mikro, kiçik və orta müəssisələr və dayanıqlılıq: Yaşıl keçid, halal dəyər zəncirləri və inklüziv iqtisadi artım” adlı sessiyasındakı çıxışında KOBİA-nın Dövlət-Özəl Tərəfdaşlığın İnkişafı Mərkəzinin direktoru Anar Yusifzadə deyib.

“Azərbaycan bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər arasında ən əhəmiyyətlilərindən biri də COP29 olub. COP29-un nəticələrindən biri kimi, KOBİA tərəfindən “KOB-ların Yaşıl Keçidi üzrə Bakı Birgə Bəyannaməsi” təşəbbüsü irəli sürülüb”, - deyə o qeyd edib.