Ölkəni mümkün qədər tez tərk edin!

14:18 08.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tehrandakı Hindistan səfirliyi İslam Respublikasındakı vətəndaşlarına diplomatik nümayəndəliklə razılaşdırılmış marşrutlar vasitəsilə ölkəni mümkün qədər tez tərk etməyi tövsiyə edib.

Hafta.az xəbər verir ki,  bu  barədə  Diplomatik missiya bəyanat yayıb.

"Hazırda İranda olan Hindistan vətəndaşlarına mövcud nəqliyyat vasitələrindən istifadə edərək ölkəni tərk etmələri tövsiyə olunur", - bəyanatda qeyd olunub.

Tehrandakı Hindistan səfirliyi həmçinin vətəndaşlarına İsrailin İslam Respublikasına raket hücumlarından sonra təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən İrana bütün səyahətlərdən çəkinməyi xatırladıb.