Yazını böyüt
Yazını kiçilt
İran ABŞ ilə məlumat mübadiləsini davam etdirəcək, lakin son hadisələr etimadsızlıq mühitini dərinləşdirib.
Hafta.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Beqai bunu mətbuat konfransında deyib.
“Şübhəsiz ki, son hadisələr etimadsızlıq mühitini artırıb. Son 24 saat ərzində baş verənlər diplomatik prosesdəki əlverişsiz vəziyyəti daha da dərinləşdirib”, - deyə diplomat bildirib.
Xatırladaq ki, iyunun 7-də axşam saatlarında İran Beyruta hücumlara cavab olaraq İsrailə raket zərbələri endirib. İsrail isə İran ərazisindəki infrastruktur obyektlərinə bir sıra hücumlar həyata keçirib.