Ombudsman Aparatı: Ermənistanda Azərbaycanofobiya siyasəti davam etdirilməkdədir

14:24 05.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Erməni əsilli sakinlərin hüquqlarının təmini və reinteqrasiyası istiqamətində Azərbaycan tərəfinin sürətli addımlar atması fonunda Ermənistanda bəzi dairələr tərəfindən revanşist ideyaların təbliği və Azərbaycanofobiya siyasətinin davam etdirilməsi narahatlıq doğurur.

Bu barədə hafta.az-a Ombudsman Aparatından xəbər verilib.

Qeyd edilib ki, insanların hüquq və azadlıqlarının səmərəli təmini və sülh prosesinin dəstəklənməsi naminə bu cür nifrət motivli təbliğatın qarşısı alınmalıdır.