Ötən ay qəzalarda ölənlərin sayı 18 faiz azalıb - DYP

15:53 01.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən ay yol nəqliyyat hadisələrinin sayı 22 faiz, ölənlərin sayı 18 faiz, xəsarət alanların sayı isə 24 faiz azalıb.

Bu barədə hafta.az-a Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, cari ilin fevral ayında ölüm və xəsarətlə nəticələn yol nəqliyyat hadisələrinin sayı 98 fakt, qəza nəticəsində ölənlərin sayı 56 nəfər, xəsarət alanların sayı isə 81 nəfər olub. Ötən ilin eyni ayı ilə müqayisədə qəzaların sayı 27 fakt (22 faiz), ölənlərin sayı 12 nəfər (18 faiz), xəsarət alanların sayı isə 81 nəfər (24 faiz) azalıb.

 

Respublika üzrə yol-nəqliyyat hadisələrinin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər, yol hərəkəti iştirakçıları arasında qaydalara ciddi riayət edənlərin say artımı qəzaların sayının azalmasına səbəb olur.

 

Oxunma sayı 64