Yazını böyüt
Yazını kiçilt
Pakistanın hakimiyyət orqanları tərəfindən yayılan xəbərə əsasən Bəlucistan Millətçi Ordusunun (BMO) lideri həbs olunub.
Hafta.az-ın yazdığına görə, Pakistan ordusu "yüksək dəyərli hədəf" olaraq xarakterizə etdiyi BMO-nun qurucusu və lideri Gülzar İmamın saxlanıldığını təsdüqləyib.
Ordu mənbələrindən verilən açıqlamada “Şambay” kimi tanınan İmamın cümə günü ölkənin cənubunda keçirilən əməliyyatda Pakistan kəşfiyyatı tərəfindən ələ keçirildiyi bildirilib.
Bəlucistanda “Bəluc Respublika Ordusu” ilə “Birləşmiş Bəluc Ordusu”nun birləşməsi nəticəsində yaradılan BMO-nun Pakistan təhlükəsizlik qüvvələri və ordusuna qarşı hücumlar təşkil etdiyi deyilirdi.