Pakistanda seçkinin nəticələri saxtalaşdırılıb – Polis rəisi

09:00 19.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Mən etdiyim haqsızlığa görə cəzalandırılmalıyam və bu haqsızlıqda əli olan digər şəxslər də cəzalarını almalıdırlar”.

Hafta.az-ın yazdığına görə, bu sözləri ölkəni idarə edən ordunun qərargahı yerləşən Ravalpindi hərbi qarnizon şəhərinin polis rəisi Layaqat Əli Çetha deyib. O, polisə təslim olacağını və tutduğu vəzifədən istefa verəcəyini bildirib.

"Biz uduzanları qalib etdik və 13 milli assambleyada 70 min səsi tərsinə çevirdik" deyən Çetha jurnalistlərə açıqlamasında seçki komissiyasının rəhbərini və ölkənin ali hakimini də günahlandırıb.

Pakistanın “Dawn News” qəzetinin məlumatına görə, komissar “2024-cü il seçkilərini saxtalaşdırmaq kimi ağır cinayətdə əli olduğunu” etiraf edib və “ölkəni kürəyindən bıçaqlamaq”ın onun yuxusunu qaçırmasına səbəb olduğunu deyib.

“Mən etdiyim haqsızlığa görə cəzalandırılmalıyam və bu haqsızlıqda əli olan digər şəxslər də cəzalarını almalıdırlar”, - deyə məmur əlavə edib.

Çethanın ifadəsindən sonra Ravalpindi polisinin əməliyyatlar üzrə baş inspektoru Kamran Əsgər “Dawn News”a bildirib ki, komissar hələlik heç bir iş açılmadığı üçün həbs edilməyib.

Digər tərəfdən, Pakistanın seçki komissiyası Çethanın iddialarını rədd etsə də, açıqlamasında "istintaq açılacağını" bildirib.

Seçki monitorinq komitəsi də bildirib ki, rəsmilərindən heç biri Çethaya seçkilərin nəticələrini dəyişdirmək əmri verməyib.

Lakin aparıcı hüquqlar qrupu olan Pakistanın İnsan Haqları Komissiyası bildirib ki, bu etiraf Pakistanda dövlət bürokratiyasının sövdələşməsinin üzə çıxmağa başladığını göstərir.