Pakistanla Çin arasındakı sərhəd qapısı bağlandı

11:40 13.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın Gilgit-Baltistan bölgəsi ilə Çinin Sincan-Uyğur Muxtar Bölgəsini birləşdirən iki ölkə arasında yeganə quru keçid məntəqəsi olan Xuncerab Sərhəd Qapısı qış mövsümündə Çin hökumətinin qərarı ilə 4 ay bağlı qalacaq. 

Hafta.az-ın "Dawn" qəzetinə istinadən yazdığına görə, Pakistan Xarici İşlər Nazirliyi hələlik sərhəd qapısının bağlanması ilə bağlı açıqlama verməyib.

Maraqlıdır ki, Çin Dövlət Şurasının sədri Si Cinpinlə Pakistanın müvəqqəti hökumətinin baş naziri Ənvarul Hak Kakar arasında keçən ay Pekində keçirilən görüşdə Xuncerab Sərhəd Qapısının il boyu açıq qalması qərara alınmışdı.

Pakistanda Qarakorum aşırımının başlanğıc nöqtəsi sayılan Xuncerab 4714 metr hündürlüyü ilə dünyanın ən yüksək sərhəd keçid məntəqəsidir.