Pakistanlı general “Kral Əbdüləziz medalı” ilə təltif edilib

10:48 29.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz dostluq əlaqələrinin və birgə əməkdaşlığın möhkəmləndirilməsi, Səudiyyə Ərəbistanı - Pakistan əlaqələrinin inkişafı sahəsində göstərdiyi səylərə görə Pakistan Hərbi Hava Qüvvələrinin komandanı general Zahir Əhməd Baberə “Fərqli dərəcəli Kral Əbdüləziz medalı” ilə təltif edilməsi barədə göstəriş verib.

Hafta.az-ın yazdığına görə, medalı Pakistan Hərbi Hava Qüvvələrinin komandanına Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman bin Əbdüləzizin adından Baş Qərargah rəisi general-leytenant Fəyyaz ər-Ruveyli təqdim edib.

Qəbulda iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlıq kimi ikitərəfli əlaqələr, bu əməkdaşlığın inkişaf yolları müzakirə edilib.

Qəbulda Hərbi Hava Qüvvələri komandanı şahzadə general-leytenant Turki bin Bəndər bin Əbdüləziz və Silahlı Qüvvələrin bir çox yüksək rütbəli zabitləri iştirak ediblər.

Oxunma sayı 235
Siyasət rubrikasından digər xəbərlər