Erməni baş nazir Azərbaycan Prezidenti ilə təmasın yollarını axtarır
Gəncə şəhərinin növbəti dəfə raket zərbələri ilə terror hücumuna məruz qaldığı gecənin səhərisi Azərbaycan Silahlı Qvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev şanlı Azəbaycan ordusunun yeni qələbə xəbərinin müjdəsini verdi.
27 illik işğal həsrətindən sonra Cəbrayılın ardınca Füzuli şəhəri də düşmən işğalından azad edildi. Artıq hərbi ekspertlər də bildirir ki, ciddi məğlubiyyətə uğrayaraq Füzuli şəhərini və rayonun bir sıra kəndlərini itirən işğalçı Ermənistan ordusunun müqavimət qabiliyyəti tam tükənib. Düşmən ordusu iflic vəziyyətinə düşüb, şəxsi heyət arasında ruh düşkünlüyü pik həddə çatıb.
Sosial şəbəkələdə Ermənistandan gətirilən «könüllülər»lə separatçı rejimin töküntüləri arasında ciddi qarşıdurma, ağır söyüşlə və ittihamlarla müşahidə edilən davaların göüntüləri sürətlə yayılır. Cəbayıl istiqamətində isə erməni hərbiçilərinin necə qaçdığı müşahidə edilir. Artıq düşmən qüvvələri tamamilə demolizə ediliblər. Gəlinən qənaət isə budur ki, Ermənistan ordusu bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir.
Sadəcə 20 gün ərzində Azərbaycan Ordusunun dağıdıcı zərbələri nəticəsində Ermənistan Ordusunun dəyəri milyardlarla dollar olan hərbi texniki gücü yerlə-yeksan edilib. Onsuz da iqtisadi durumu ağır olan Ermənistan dövlətinin bu gücü bəpa etməsi üçün heç bir imkanı qalmayıb. Hətta gizli yollarla daşınan silahlar belə itirilənlərin yerini doldurmaq qabiliyyətində deyil.
Belə vəziyyət cəbhədə ardıcıl məğlubiyyət iqtisadi durumun ağır olduğu və əhalinin ciddi sosial problemlər yaşadığı Ermənistanda siyasi böhranı daha da dərinləşdirib. Ölkə daxilində Paşinyanın həyata keçirdiyi siyasətə etirazlar artır, əks qüvvələr revanş götürmək üçün hərəkətə keçirlər.
Hərbi əməliyyatların başladığı ilk günlərdə «birlik və həmrəylik» edən erməni siyasi qyvvələri arasında dərin çatlar yaranıb. Füzulinin işğaldan azad edilməsi xəbəri bu çatları və qarşıdurmanı daha da dərinləşdirib. Paşinyana qarşı əks qüvvələr tərəfindən kəskin bəyanatlar verilir ki, bu da onsuz da aldığı ağır məğlubiyyətlər fonunda isteiyaya düşmüş Ermənistan cəmiyyətini daha da bədbin duruma salıb.
Döyüş əməliyyatları və Azərbaycanın müasir texnoloji üstünlükləri fonunda endirilən zərbələin şəxsi heyətdə ciddi itkilərə yol açması Ermənistan vətəndaşlarının hiddətini daha da artırıb. Artıq valideynlər öz övladlarını orduya buraxmırlar və müxtəlif vasitələrlə hərbi xidmətdən yayındırırlar.
Yenə də sosial şəbəkələrdə yayılan videogörüntülərdə hətta 18 yaşına çatmamış yeniyetmələrin belə zorla avtobuslara doldurulub analarının əlindən alınması, itkilərin yerini doldurmaq məqsədi ilə qocaları, qadınları, otel işçilərini döyüş meydanına göndərilməsi bardağı daha da daşırıb. Əsgərlər arasında kütləvi fərarilik baş alıb gedir, orduda xidmətdən boyun qaçıranları məsuliyyətə cəlb etmək praktikası heç bir nəticə vermir.
Hətta qondarma separatçı rejimin rəhbərliyi tərəfindən Dağlıq Qarabağ ərazisini tərk etməmək üçün tətbiq edilən zorakı qadağalar da kütləvi fərarilik, döyüş mövqelərini özbaşına tərketmə hallarının qarşısını ala bilmir. Ermənistanın öüzndə isə insanlar hərbi çağırış məntəqələrinin qarşısını kəsir, onların fəaliyyətini iflic vəziyyətinə salırlar.
Siyasi ekspertlər də vuğulayırlar ki, ölkədə və orduda mövcud vəziyyət Paşinyan hakimiyyətinə reallıqla barışmaqdan başqa çıxış yolu saxlamayıb. Etibarlı mənbələrdən əldə olunan məlumatlara əsasən, artıq Paşinyan müxtəlif vasitələrlə, ayrı-ayrı vasitəçilərin imkanlarından istifadə etməklə Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa çalışır.
Özünün maksimalist tələblərindən geri addım ataraq Ermənistan cəmiyyətinə məğlub olduqlarını anlatmağın yollarını axtarır. Hətta Ermənistan hakimiyyəti Azərbaycan Prezidentinin bütün şərtlərini qəbul etdiyi, işğal altında olan əraziləri tərk etməyə hazır olduğu barədə mesajlar ötürür.
Proseslərin gedişi və mövcud vəziyyət onu diqtə edir ki, artıq Ermənistan siyasi, iqtisadi, sosial və hərbi böhran mərhələsinə qədəm qoyub və belə bir vəziyyətdə Paşinyan hakimiyyəti çıxış yolunu Azərbaycanla istənilən şərt altında razılaşmaya getməkdə görür.
Azərbaycanın şərtləri isə məlumdur. İşğal edilmiş ərazilər, o cümlədən Dağlıq Qarabağ erməni hərbi birləşmələri tərəfindən dərhal və qeyd-şərtsiz boşaldılmalı, Azərbaycanın ərazi btövlüyü bərpa edilməlidir. Bəli, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və çevik addımları, Azərbaycanın rəşadətli ordusunun sasıdıcı zərbələri, xalqın bir yumruq kimi öz Ali Baş Komandanının ətrafında birləşməsi düşməni təslim olmağa vadar edir. Qarabağ Azərbaycandır!