Paşinyan MTX-nin rəhbərini vəzifəsindən azad edib

18:00 08.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin müvəqqəti icraçısı Mikael Hambardzumyan tutduğu vəzifədən azad edilib.

Hafta.az erməni mətbuatına istinadən bildirir ki, Ermənistan Baş naziri Paşinyan prezident Sarkisyana müvafiq bir fərman imzalamağı tapşırıb

Qeyd edək ki, bu, 2018-ci ildən bəri artıq 4-cü rəhbərdir ki, MTX rəhbəri vəzifəsindən azad olunur. Hambarsumyandan əvvəl həmin vəzifədə Artur Vanesyan, Eduard Martirosyan və Argişti Karamyan çalışıb.