Patriarx Kirill kilsənin əsl üzünü göstərdi: "Nüvə silahı Allahın hikmətidir"

10:17 19.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill deyib ki, Sovet İttifaqının nüvə silahı əldə etməsi “Allahın hikməti” idi.

Hafta.az-ın yazdığına görə, Sarov monastırının Serafimini ziyarət edən Kirill deyib: "Sarovlu Müqəddəs Serafimin şəfaəti ilə fiziklər nüvə silahı hazırlayıblar. Allahın danışılmamış hikmətinə görə, bu silah Sarovlu Serafim monastırında yaradılıb".

Kirill deyib ki, bunun sayəsində Rusiya bu gün təhlükəsiz və müstəqildir.

Qeyd edək ki, Oktyabr inqilabından sonra Sarov monastırı bağlanıb. Şəhərdə nüvə tədqiqatları mərkəzi fəaliyyət göstərir. Sovet İttifaqının ilk nüvə bombası 1949-1950-ci illərdə burada hazırlanıb.