Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının ikinci mərhələsi keçirilib

18:48 08.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzi tərəfindən 8 oktyabr 2023-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.

DİM-dən hafta.az-a verilən məlumata görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 4 binada təşkil olunub. İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 3 həftə ərzində elan olunacaq.