Yazını böyüt
Yazını kiçilt
Bu gün Ankarada həyata keçirilən terror aktına görə məsuliyyəti PKK terror təşkilatı öz üzərinə götürüb.
Hafta.az xəbər verir ki, bu barədə terrorçulara yaxın agentliklər məlumat yayıb.
Terrorçular hücumun özləri tərəfindən həyata keçirildiyini bildirib.
Qeyd edək ki, bu gün Türkiyə Daxili İşlər Nazirliyinin Baş Təhlükəsizlik İdarəsinin binasına 2 terrorçu hücum edib. Terrorçulardan biri binanın girişində özünü partladıb, digəri zərərsizləşdirilib. Hücum zamanı 2 polis yaralanıb.