Polşa Afrika və Asiyanın ən kasıb ölkələri üçün Ukrayna taxılının tranzitini təmin etməyə hazırdır, lakin bu taxılın daxili bazar üçün satışına qoyulmuş qadağanı aradan qaldırmaq niyyətində deyil.
Hafta.az TASS-a istinadla xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda deyib.
“Hesab edirəm ki, Polşa hökumətinin Ukrayna taxılının Polşa bazarında satışına qoyulan qadağanı saxlamaq qərarı düzgün idi. Digər tərəfdən, mən tamamilə əminəm ki, tranziti həcmlərini maksimuma çatdırmaq üçün mümkün olan hər şeyi etmək lazımdır”, - Duda bildirib. Onun sözlərinə görə, Varşava Ukrayna taxılını “lazım olan yerə” ixrac etmək üçün limanlarda xüsusi dəhliz yaradıb.
Sentyabrın 15-də Avropa Komissiyası Ukrayna taxılının və digər kənd təsərrüfatı məhsullarının sərhədyanı dövlətlərə tranzitinə qoyulan məhdudiyyətləri uzatmamaq qərarına gəlib. Ancaq Slovakiya, Macarıstan və Polşa səlahiyyətliləri embarqonun birtərəfli uzadıldığını açıqladı. Ukrayna buna cavab olaraq Ümumdünya Ticarət Təşkilatına şikayət edib.