Prezident doğum günlərini harada keçirib?

14:35 24.12.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Hər kəs yaxşı xatlrlayır ki, prezident İlham  Əliyev müharibədən əvvəl adətən doğum günlərini məcburi köçkünlərlə görüşlərlə keçirirdi. Hər dəfə də onları əmin edirdi ki, doğma yurdları işğaldan azad olunacaq.

Hafta.az-ın yazdığına görə, nəhayət, 2020-ci ildə cəmi 44 gün davam edən savaş nəticəsində torpaqlarımız işğaldan azad edildi və Prezident ənənəsinə sadiq qalaraq doğum günlərini əsasən azad olunmuş torpaqlarımızda xalqla birlikdə qeyd edib.

Xronikaya nəzər salaq:

2011-ci ildə Ali Baş Komandan 50 yaşını ailəsi ilə birgə cəbhə xəttində əsgərlərlə keçirib.

2012-ci ildə İlham Əliyev ad günündə Sumqayıtda Qarabağ müharibəsi və şəhid ailələri üçün inşa edilən 96 mənzilli binanın açılış mərasiminə qatılaraq qeyd edib.

2013-cü ilin bu günündə Prezident Bakının Ramana qəsəbəsində Sağlamlıq imkanları məhdud gənclərin peşə reablitasiya mərkəzinin yenidən qurmasından sonra açılışını edib.

2014-cü ildəki doğum günündə Bakı Ağ şəhərin inşası başa çatan ofis binası və layihə çərçivəsində görülən digər işlərlə tanış olub.

2015-ci ilin 24 dekabrında paytaxtın Nərimanov rayonundakı gözdən əlillər üçün inşa olunan yaşayış binasının açılış mərasiminə qatılıb.

2016-cı ildə ənənəsinə sadiq qalan Prezident 55 yaşını Yeni Yasamalda sosial evlərin təməlqoyma mərasiminə qatılaraq xalqla birlikdə qeyd edib.

2017-ci ildə Ağ Şəhərdə bəzi obyektlərin açılışında iştirak edib.

2018 və 2019-cu illərdə dövlət başçısının ailəsi tərəfindən çox gözəl doğum günü fotoları paylaşılıb.

2020-ci il dekabrın 23-də prezident İlham Əliyev işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında səfərdə olub.

2021-ci ildə prezident doğum gününü Şuşada qeyd edib.

2022-ci il dekabrın 24-də ölkə başçısı Qərbi Azərbaycan İcması ilə görüşüb.

2023-cü ildə prezidenti İlham Əliyev doğum gününü ailəsi ilə birlikdə qeyd edib…