Prezident və birinci xanım alimin dəfn mərasiminə əklil göndərdi

13:36 09.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri Teymur Bünyadovun dəfn mərasiminə əklil göndərib.

 

Hafta.az-ın məlumatına görə, əklil mərhumun II Fəxri xiyabandakı məzarı üzərinə qoyulub.

 

Xatırladaq ki, Teymur Bünyadov aprelin 8-də 94 yaşında vəfat edib.