Prezident Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub - YENİLƏNİB

21:49 15.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

Hafta.az xəbər verir ki, dövlətimizin başçısı qəsəbənin ərazisinə baxış keçirib.

Qeyd edək ki, qəsəbə 1991-ci il dekabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Kərkicahan qəsəbəsini separatçılardan azad edib.

*** 15:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

Hafta.az bildirir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.