"Sabah" Rumıniya klubu ilə heç-heçə edib

21:59 24.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün ilk yoxlama matçına çıxıb.

Hafta.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi Rumıniyanın “Universitatya Krayova” klubu ilə qraşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Qeyd edək ki, növbəti yoxlama matçları çərçivəsində “Sabah” iyunun 28-də Macarıstanın “Ferentsvaroş”, iyulun 2-də isə Ukraynanın “Polissya” komandaları ilə qarşılaşacaq.