Prezidentdən Natiq Qasımovla bağlı PAYLAŞIM

09:00 26.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Natiq Qasımovla bağlı imzaladığı Sərəncam haqda paylaşım edib.

 

Hafta.az xəbər verir ki, Prezidentin paylaşdığı fotonun üzərində bu sözlər yazılıb:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra)”.