Prokurorluq Laçında mina partlayışı barədə məlumat yaydı

21:15 21.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 21-i Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində 2 nəfərin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Laçın rayon prokurorluğundan hafta.az-a verilən məlumata görə, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilmişdir.

Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.