Putin bu axşam “Həmas”la savaş başlanandan ilk dəfə Netanyahuya zəng edəcək

18:34 16.10.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin oktyabrın 16-da İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin Muxtariyyətinin sədri Mahmud Abbasla söhbət də daxil olmaqla 5 beynəlxalq telefon danışığı planlaşdırıb.

Hafta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat çatdırıb.

Y.Uşakovun sözlərinə görə, Suriya prezidenti Bəşər Əsəd, İran prezidenti İbrahim Rəisi və Misir prezidenti Əbd əl-Fəttah əs-Sisi ilə də telefon danışıqları planlaşdırılır.

Son məlumatlardan bəlli olur ki, V.Putin artıq Suriya prezidenti Bəşər Əsəd və İran prezidenti İbrahim Rəisi ilə  danışıb. Hazırda Təhlükəsizlik Şurasının iclasını keçirən Rusiya liderinin  İsrail baş naziri ilə axşam saatlarında danışacağı gözlənilir. Qeyd edək ki, bu “Həmas”la savaş başlanandan bəri Putinin Netanyahuya ilk zəngi olacaq.