Putin İsrailə hücumda BU ÖLKƏNİ GÜNAHLANDIRDI

16:22 10.10.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin İsraildə vəziyyətin pisləşməsindən təəssüfləndiyini bildirib və bunu ABŞ-ın Yaxın Şərq siyasətinin uğursuzluğunun bariz nümunəsi adlandırıb, RİA Novosti xəbər verir.

Putin vurğulayıb ki, İraqın baş naziri Məhəmməd əl-Sudani ilə görüş qlobal böhranlar fonunda keçirilir.

“Bu, nizamlanmanı inhisara almağa çalışan, lakin hər iki tərəf üçün məqbul olacaq kompromislər tapmaqla məşğul olmayan, əksinə, öz ideyalarını irəli sürən Yaxın Şərq siyasətinin uğursuzluğunun bariz nümunəsidir. Bunu necə etmək lazım olduğunun əvəzində, hər iki tərəfə təzyiq göstərdi”, - Putin izah edib.

Eyni zamanda, Rusiya dövlət başçısı yerli Fələstin xalqının maraqlarının heç vaxt nəzərə alınmadığını qeyd edib.

“Mən ilk növbədə, müstəqil suveren Fələstin dövlətinin yaradılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməsi zərurətini nəzərdə tuturam”, - Rusiya prezidenti yekunlaşdırıb.