Putindən yeni şou: xəstə uşaqların yanında diz çökdü... - FOTOLAR

19:39 08.11.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin uşaqlarla şəkil çəkdirmək üçün diz çöküb.

Hafta.az Lenta.ru-ya istinadla xəbər verir ki, bundan bəhs edən “Vı sluşayete “Mayak” telegram- kanalı xəstəxanadan görüntülər  yayımlayıb.

Noyabrın 8-də Rusiya Federasiyasının prezidenti Dmitri Roqaçev adına Milli Tibbi Tədqiqat Hematologiya, Onkologiya və İmmunologiya Mərkəzinə gəlib.

O, qızların oturduğu iki tibbi çarpayının arasında diz çöküb.

Mərkəz Putinin 2005-ci ildə ziyarət etdiyi xəstələrdən birinin Dima Roqaçevin adını daşıyır.