Putinin Özbəkistana səfəri Qazaxıstan üçün mühüm siqnaldır - Yevgeni Mixaylov

18:56 27.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin Özbəkistana səfəri ilə digər Mərkəzi Asiya dövlətlərinə, ilk növbədə, Qazaxıstana öz siyasi mövqeləri barədə qərar vermələrinin vacibliyi barədə siqnal verdi, politoloq Yevgeni Mixaylov deyir. O, 360.ru ilə söhbətində bildirib ki, bu səfər prezidentin Çin və Belarusdan sonra Rusiyanın prioritetlərini əks etdirən üçüncü xarici səfəridir.

Mixaylovun sözlərinə görə, Putin seçkilərdən sonra ilk xarici səfərləri ilə Rusiyanın hansı ölkələrlə qarşılıqlı faydalı münasibətləri qoruyub saxlamağa çalışacağını dəqiq müəyyən edib.

“Mərkəzi Asiyada məhz Özbəkistan ən stabil dövlətdir ki, öz milli maraqlarına riayət etməklə yanaşı, Rusiyanın maraqlarını da pozmamağa çalışır”, - politoloq vurğulayıb.

Mixaylov hesab edir ki, postsovet məkanındakı bəzi ölkələr, o cümlədən Qazaxıstan üçün Putinin Özbəkistana səfəri onların öz mövqeləri ilə bağlı qərar vermə vaxtının çatdığına işarə idi. Söhbət Qərb ölkələri ilə əməkdaşlıq və ya Rusiya ilə münasibətlərin davam etdirilməsi lehinə seçimdən gedir, deyə o izah edib.

Ləman Əliyeva

Oxunma sayı 51