Qaçaqmal yolu ilə İsveçrəyə aparılmış 37 tarixi əsər Türkiyəyə qaytarıldı

09:32 12.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Bern səfirliyində keçirilən proqramda Türkiyə ilə İsveçrə arasında 15 noyabr 2022-ci ildə imzalanmış Arxeoloji Mədəni İrsin Qarşısının alınması və Geri qaytarılması haqqında Saziş çərçivəsində əsərlər geri qaytarılıb.

Hafta.az-ın yazdığına görə, Türkiyənin Berndəki səfirliyi İsveçrə Federal Mədəniyyət Ofisindən 37 tarixi əsərin alındığını açıqlayıb. Əksəriyyəti Urartu dövrünə aid tunc əşyalardan ibarət olan tarixi əsərlər arasında 6 min illik Kusura tipli büt də var.

İsveçrəyə qeyri-qanuni yolla gətirilən, amma Türkiyəyə qaytarılan əsərlər arasında Roma dövrünə aid tunc qablar, at qoşqu hissələri, maral heykəlciyi və gümüş vaza parçası kimi mədəni sərvətlər mövcuddur.

Türkiyənin Berndəki səfirliyi öz bəyanatında İsveçrə rəsmilərinə əməkdaşlığa görə təşəkkür edib.

Tarixi əsərlər Türk Hava Yolları tərəfindən “Turkish Cargo”nun beynəlxalq sertifikatlı və ekspert qrupları ilə Türkiyəyə daşınacaq.