Qadın evdən 10 min dollar oğurladı

12:30 12.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda evdən külli miqdarda oğurluq edilib.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 7-də Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki evlərin birindən 2300 manat və 10.000 dolların qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini olan bir qadın müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.